Ru
19:50 / 19 Oktyabr 2021

5 erməni İrəvana qaytarıldı

1993
Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlılarının keçmiş komandanı general-leytenant Rüstəm Muradovun olduğu təyyarə Bakıdan İrəvana yola düşüb.

Bakupost.az xəbər verir ki, bu barədə “Caliber”in teleqram səhifəsində məlumat paylaşılıb.

Məlumata görə, R.Muradov Azərbaycanın güc strukturları tərəfindən saxlanılan beş erməni hərbçini ölkələrinə aparıb.

Söhbət Azərbaycan ordusu və əhalisinə qarşı ağır cinayətlərdə əli olmayan sıravi erməni əsgərlərindən gedir:

"Onlardan bəziləri 27 may 2021-ci ildə Azərbaycan ərazisinə daxil olmağa cəhd edərkən Kəlbəcərədə saxlanılan diversiya qrupunun üzvləridir. Onların belə tezliklə buraxılması, heç şübhəsiz ki, Azərbaycan tərəfinin növbəti humanist addımıdır. Hərçənd, onlara daha ağır cəza verilə bilərdi. Ümumilikdə, hadisəyə Azərbaycan və Ermənistan arasında cərəyan edən siyasi proseslərin tərkib hissəsi kimi yanaşmaq daha düzgün olardı".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər