Ru
11:15 / 28 Fevral 2026

54 yaşlı deputatdan gözlənilməz addım - “Bu gündən başlayıram...”

54 yaşlı deputatdan gözlənilməz addım - “Bu gündən başlayıram...”
Eye

Bu gündən Çin dilini öyrənməyə başlayıram. Hesab edirəm ki, bu, sadəcə fərdi qərar deyil, gələcəyə yönəlmiş strateji seçimdir…

Bakupost.az Yeni Sabah-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev deyib.

O, bu dilin öyrənilməsinin əhəmiyyətindən danışıb:

“Dünya sürətlə dəyişir və qlobal iqtisadiyyatın əsas mərkəzlərindən biri artıq Çindir. Ticarət, texnologiya, sənaye, süni intellekt, logistika – bir çox sahədə Çin ön sıradadır.

Düşünürəm ki, yaxın illərdə Çin və Çin dili daha da önəmli olacaq. Bu reallığı indidən görmək və hazırlaşmaq lazımdır. Necə ki, bir zamanlar ingilis dili qlobal ünsiyyət vasitəsinə çevrildi, Çin dili də böyük iqtisadi və siyasi güc fonunda təsir dairəsini genişləndirir”.

54 yaşlı deputat hesab edir ki, orta məktəblərdə Çin dili tədris olunmalıdır:

“Hesab edirəm ki, orta məktəblərdə Çin dilinin tədrisi mərhələli şəkildə tətbiq olunmalıdır. Uşaqlarımız gələcəyin dünyasına hazır olmalıdırlar. Kim qlobal iqtisadi prosesləri anlayır və böyük bazarlarla birbaşa ünsiyyət qura bilirsə, o daha üstün mövqedə olur.

Gecikməyək. Bu gün atılan addım sabahın üstünlüyünə çevrilir. Uşaqlarınıza Çin dilini öyrənmək imkanı yaradın, bu, onların gələcək karyerasına və dünyagörüşünə böyük töhfə verə bilər”.

Qeyd edək ki, R.Nurullayev ilk təhsilini Azərbaycan Dövlət Dillər İnstitutunda alıb. O, rus, ingilis, fransız və alman dillərini bilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar