Ru
12:48 / 28 Fevral 2026

İranla müharibəyə başladıq - Tramp

 İranla müharibəyə başladıq -  Tramp
Eye

Qısa müddət əvvəl İranda mühüm hərbi əməliyyatlara başladıq. Məqsəd ABŞ vətəndaşlarını İrandan gələ biləcək təhdidlərdən qorumaqdır.

Bakupost.az xəbər verir ki, bu sozləri ABŞ Prezidenti Donald Tramp deyib.

"47 ildir “Amerikaya ölüm olsun” şüarları səsləndirirlər. İran İraqdan Livana qədər terrorçuları dəstəkləyir. İran dünyana bir nömrəli terror dövlətidir. Bu rejim heç vaxt nüvə silahına malik ola bilməz. Buna görə də ötən ilin iyununda rejimin nüvə obyektlərini darmadağın etdik.

Bundan sonra onlara xəbərdarlıq etdik ki öz şər əməllərindən çəkinsinlər. Amma İran onilliklərlə olduğu kimi, yenə də öz nüvə ambisiyalarından imtina etməyib və biz artıq buna dözə bilmərik. Fikirləşin ki , bu rejimin nüvə silahı olsa, onlar özlərini necə güclü hiss edərlər" - o qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar