Ru
11:53 / 28 Fevral 2026

Hidayət Heydərov cəzalandırıldı - Yarışa çıxmayacaq

Hidayət Heydərov cəzalandırıldı - Yarışa çıxmayacaq
Eye

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb.

Bakupost.az xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib.

Bildirilib ki, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində tatamiyə çıxmayacaq. Buna səbəb isə H.Heydərovun çəkisini sala bilməməsidir.

O, 73 kq-da yarışa qatılmalı olsa da, çəkisi buna uyğun gəlməyib. Nəticədə daxili intizam qaydalarına uyğun olaraq cəzalandırlıb və yarışda iştirak etməyəcək.

Qeyd edək ki, Hidayət Heydərov Paris-2024 Olimpiya Oyunlarının mükafatçısıdır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar