İsrailin Baş naziri Binyamin Netanyahu İrana qarşı hücumla bağlı xalqa müraciət edib.
Bakupost.az Xarici KİV-ə istinadla xəbər verir ki, o bildirib ki, İsrail və ABŞ-nin birgə əməliyyatı İran xalqının “öz taleyini əlinə alması” üçün şərait yaratmalıdır.
Hökumət başçısı həmçinin İsrail vətəndaşlarını əməliyyatın davam etdiyi qarşıdakı günlərdə dözümlü olmağa çağırıb.
Binyamin Netanyahu İrana qarşı başladılan hərbi əməliyyatı “Şirin nərəsi” adlandırıb. Netanyahu hərbi əməliyyatların bir neçə gün davam edəcəyini bəyan edib.
Onun sözlərinə görə, “İsrail və ABŞ İrandakı terror rejiminin ekzistensial təhlükəsini aradan qaldırmaq üçün əməliyyata başlayıb”.
“47 ildir Ayətullah rejimi "İsrailə ölüm", "Amerikaya ölüm" deyə qışqırır. Qanımızı tökdülər, bir çox amerikalıları öldürdülər və xalq arasında qırğınlar törətdilər.
Bu ölümcül terror rejiminin bütün bəşəriyyəti təhdid etməyə imkan verəcək nüvə silahı ilə silahlanmasına icazə verilməməlidir. Bizim (ABŞ-la) birgə hərəkətlərimiz cəsarətli İran xalqının taleyini öz əlinə almasına şərait yaradacaq. İran xalqının bütün üzvlərini zülmdən qurtarmağın, İranı azadlığa və barışa qovuşdurmağın vaxtı gəlib çatdı. İsrail vətəndaşları, mən sizə müraciət edirəm! Arxa komandanlığın göstərişlərinə əməl edin, yaxın günlərdə "Şirin nərəsi" əməliyyatında hamımıza dözüm və cəsarət lazımdır”, - Netanyahu qeyd edib.