"Bu terrorist rejim heç vaxt nüvə silahına sahib ola bilməz. Təkrar edirəm: Heç vaxt nüvə silahına sahib ola bilməzlər”.
Bakupost.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İran-İsrail arasında yaşanan gərginliyə münasibət bildirərək İrana müraciətdə deyib.
O, İranın İnqilab Keşikçiləri Korpusunu (İKQ) silahı təhvil verməyə çağırıb.