ABŞ və İsrailə yardım edən istənilən hərbi baza hücuma məruz qalacaq.
Bakupost.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir.
“İsrail və Amerikaya tarixlərində görmədikləri bir cavab veriləcək. ABŞ və İsrailə kömək edən istənilən hərbi baza İran Silahlı Qüvvələrinin hücumuna məruz qalacaq”, - bəyanatda qeyd olunub.
İran ordusunun Baş Qərargahı xalqı sakitliyə çağırıb.