Ru
14:52 / 28 Fevral 2026

ABŞ və İsrail İrana qarşı kütləvi kiberhücuma BAŞLADI

ABŞ və İsrail İrana qarşı kütləvi kiberhücuma BAŞLADI
Eye

ABŞ və İsrailin İrana zərbələri çərçivəsində bu ölkəyə qarşı kütləvi kiberhücum da həyata keçirir.

Bakupost.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Politico" Yaxın Şərq təhlükəsizlik sektorundakı mənbəsinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, zərbələr İranın ali liderinin adətən yaşadığı binalar kompleksini, yüksəkrütbəli İran hərbçilərinin yerləşdiyi obyekti, digər hərbi və strateji obyektləri hədəfə alıb.

Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Kats əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. "Aslanın nərəsi" adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar