İran Xarici İşlər Nazirliyi BMT-nin baş katibini və Təhlükəsizlik Şurasını ABŞ və İsrailin hərəkətləri ilə bağlı ən qısa zamanda tədbirlər görməyə çağırıb.
Bakupost.az xəbər verir ki, bu barədə İran XİN-in bəyanatında deyilir.
"Bu gün səhər, Novruz ərəfəsində və müqəddəs Ramazan ayının onuncu günündə İsrail İranın ərazi bütövlüyünü və milli suverenliyini kobud şəkildə pozaraq ölkəmizin müxtəlif şəhərlərində bir sıra hədəflərə, müdafiə obyektlərinə və mülki infrastruktura hücum edib", - məlumatda deyilir.
Qeyd olunur ki, ABŞ və İsrailin İran ərazisinə birgə hücumları İran və ABŞ tərəflərinin nüvə məsələsinin dinc yolla həlli üçün danışıqlar apardığı bir vaxtda baş verib.
XİN qeyd edib ki, İran münaqişənin qarşısını almaq üçün ABŞ ilə danışıqlarda iştirak edirdi, lakin indi silahlı müqavimətə hazırdır.