Ru
17:42 / 20 Mart 2026

59 yaşlı kişi arvadını döydü – Həbs olundu

59 yaşlı kişi arvadını döydü – Həbs olundu
Eye

Qusar rayonunda 59 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Bakupost.az Teleqraf.az-a istinadən xəbər verir ki, Qusar rayon sakini, 1967-ci il təvəllüdlü Rasim həyat yoldaşı Sevilə (adlar şərti verilib – red.) şillə, yumruq və təpik zərbələri ilə sifət və bədəninin müxtəlif nahiyələrinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Rasimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Rasim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü, saat 22 radələrində arvadı Sevil ilə birgə yaşadığı evdə aralarında mübahisə yaranıb. Onun ifadəsinə görə, mübahisə zamanı şillə, yumruq və təpik zərbəsi ilə onun sifətinə və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirib.

Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını deyib.

Bu işə Qusar Rayon Məhkəməsində baxılıb. Hakim hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən də təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar