Ru
13:57 / 06 İyul 2018

6 yaşı olmayan uşaqların məktəbə qəbul qaydaları dəyişir - İmtahan verməyəcəklər

6 yaşı olmayan uşaqların məktəbə qəbul qaydaları dəyişir -  İmtahan verməyəcəklər
Eye

Artıq bu ildən hansı ayda anadan olmasından asılı olmayaraq, təqvim ili ərzində 6 yaşı tamam olan uşaqlar ümumtəhsil müəssisələrinin 1-ci sinfinə heç bir müsabiqə tələb olunmadan qəbul oluna biləcəklər.



BakuPost Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.



Onun sözlərinə görə, Təhsil Nazirliyinin təşəbbüsü ilə hazırlanan təkliflər əsasında "Təhsil haqqında" qanuna çox əhəmiyyətli dəyişikliklər edilib: "Bu dəyişikliklər təhsilin bütün pillə və səviyyələrini əhatə edib. Dəyişikliklərdəki müddəalardan biri hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların 1-ci sinfə qəbul edilməsi ilə bağlıdır. Bu, o demək deyil ki, bu yaşda olan uşaqların hamısı kütləvi şəkildə 1-ci sinfə qəbul olunacaqlar. Yalnız valideyn istədikdə bu, baş verəcək".



F.Qədirov deyib ki, indiyədək 6 yaşı təqvim ilinin sentyabr ayının 15-dək tamam olmayan uşaqların I sinfə qəbulu zamanı müəyyən proseslərin həyata keçirilməsinə tələbat duyulurdusa, bu ildən isə 6 yaşı təqvim ili ərzində tamam olan uşaqların 1-ci sinfə qəbulu valideynin ərizəsi və istəyi əsasında aparılacaq. Onun sözlərinə görə, 6 yaşı tamam olan uşaqların 1-ci sinfə qəbulu ilə bağlı yeni qaydalar artıq bu ildən tətbiq edilir.



F.Qədirov əlavə edib ki, "Təhsil haqqında” qanunun yeni variantına görə, beynəlxalq fənn olimpiadalarının, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar: "Dünya fənn olimpiadalarının qaliblərini çox zaman xarici ölkələrin ali məktəbləri şərtsiz qəbul edirdilər. Bu dəyişikliklə dünya fənn olimpiada qalibləri Azərbaycanın ali məktəblərində ali təhsil ala biləcəklər".

Şərhlər
  • Ramilə Rəsulova

    Salam .Oglum hal hazırda 154 saylı tam orta məktəbin ,məktəbəqədər sinfində oxuyur.Amma şəxsi kobinetə daxil ola bilmirəm,Qeydiyyatdan keçdiyimiz nömrə işləmir.Zəhmət olmasa köməklik edərdiniz.Çox sag olun

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar