Ru
19:57 / 16 May 2025

113 min nəfərin işsizlik müavinəti KƏSİLƏCƏK

113 min nəfərin işsizlik müavinəti KƏSİLƏCƏK
Eye

Belçikada federal hökumətin işsizlik müavinətlərinə tətbiq edəcəyi məhdudiyyət nəticəsində 113 min adamın işsizlik müavinətini itirəcəyi bildirilib.

Bakupost.az De Morgen-ə istinadən xəbər verir ki, federal hökumət işsizlik müavinətlərini maksimum iki illə məhdudlaşdırmağa qərar verib.

2026-cı ilin əvvəlində qüvvəyə minməsi planlaşdırılan yeni tənzimləmə çərçivəsində 113 min adam işsizlik müavinəti hüququnu itirəcək.

Uzunmüddətli tibbi problemi olan, lakin işə tam yararsız olduğu barədə arayışı olmayan şəxslərə verilən mühafizə müavinəti də ləğv ediləcək.

İstisna yaşı 55-dən yuxarı, 30 ildən çox işləyən şəxslər üçün nəzərdə tutulub. Bu insanlar işsizlik müavinəti almağa davam edəcəklər.

Onu da qeyd edək ki, bu və buna bənzər qənaət siyasətləri son vaxtlar ölkədə ciddi etirazlarla qarşılanır.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar