Ru
23:25 / 10 Sentyabr 2026

60 yaşlı kişini tok vurub öldürdü

60 yaşlı kişini tok vurub öldürdü
Eye

Ağdaş sakini bədbəxt hadisə nəticəsində vəfat edib.


“Bakupost” Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə rayonun Pirəzə kəndində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Nazim Məmmədovu yaşadığı evin həyətində elektrik cərəyanı vurub.

60 yaşlı kişi aldığı xəsarətlərdən elə hadisə yerində keçinib.

İlkin ehtimala görə, N. Məmmədov çənə su doldurmaq istəyərkən hadisə baş verib.

Əraziyə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma başlanılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar