Ru
15:29 / 05 Fevral 2026

7 yaşlı uşağa 19 bıçaq zərbəsi vurulub

7 yaşlı uşağa 19 bıçaq zərbəsi vurulub
Eye

“Axşam saatlarında 2019-cu il təvəllüdlü uşağı evlərinin yanında oynadığı yerdə bıçaqlayıblar”.


Bakupost.az Manset.az-a istinadla xəbər verir ki, bu sözləri bıçaqlanan birinci sinif şagirdinin təhsil aldığı Ağcabədi rayonu Avşar kənd məktəbinin direktoru Elşən Quliyev deyib.

O bildirib ki, məktəbli hazırda xəstəxanadadır: “Vallah, bütün rayon məəttəl qalıb. 7 yaşlı uşaq kimə nə edə bilər ki? Kimlə ədavəti ola bilər? Bıçaqlayan şəxs barədə məlumatım yoxdur, bu barədə hüquq-mühafizə orqanları araşdırma aparır. Uşaq bıçaqlanan zaman digər qardaşı da yanında olub. Özüm də uşağın yanına getmişdim. Ağır əməliyyat keçirib, 19 bıçaq zərbəsi vurulub. Hazırda xəstəxanada reanimasiyadadır”.

Xatırladaq ki, ötən gün Ağcabədi rayonunda azyaşlı çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar