Ru
15:40 / 05 Fevral 2026

Tramp geri addım atır – ABŞ prezidentinin siyasətində yumşalma gözlənilir

Tramp geri addım atır – ABŞ prezidentinin siyasətində yumşalma gözlənilir
Eye

ABŞ Prezidenti Donald Tramp Minnesota ştatında miqrantlara qarşı aparılan sərt əməliyyatlardan sonra miqrasiya siyasətində müəyyən yumşalmaya gedilə biləcəyini etiraf edib. Sözügedən əməliyyatlar federal agentlərin iki ABŞ vətəndaşını öldürməsi ilə nəticələnmiş və ölkə üzrə etirazlara səbəb olmuşdu.

Bakupost.az xəbər verir ki, Tramp “NBC News” telekanalına müsahibəsində bildirib ki, Minneapolis hadisələrindən sonra bir qədər daha yumşaq yanaşma mümkün ola bilər, lakin administrasiya hələ də təhlükəli cinayətkarlara qarşı sərt xətt yürütməlidir.

Minnesota ştatında yaranmış gərginliklə əlaqədar Trampın sərhəd məsələləri üzrə nümayəndəsi Tom Homan 700 federal agentin geri çəkiləcəyini və bölgədə 2 min agentin qalacağını açıqlayıb. Minnesota qubernatoru Tim Valz bu addımı müsbət qiymətləndirsə də, qüvvələrin daha geniş miqyasda geri çəkilməsinə çağırış edib.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar