Ru
13:56 / 05 Fevral 2026

Ağcabədidə 7 yaşlı uşağı bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

Ağcabədidə 7 yaşlı uşağı bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB
Eye

Ağcabədidə 7 yaşlı uşağı bıçaqlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.


Bakupost.az x'b'r verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.


Faktla bağlı araşdırmalar davam etdirilir.




***

12:56


Ağcabədi rayonunda 7 yaşlı uşağın bıçaq xəsarətləri alması faktı qeydə alınıb.


Bakupost.az xəbər verir ki, 7 yaşlı S.B. bıçaq xəsarəti ilə Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, fevralın 4-də saat 18:00 radələrində 2019-cu il təvəllüdlü azyaşlı (kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospilitasiya olunub: "Pasiyent dərhal əməliyyat blokunda alınıb. Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar