Ru
12:24 / 05 Fevral 2026

Arvadından sonra qızı da işdən çıxarıldı - "TikTok"da dini təhqir etmək baha başa gəldi

Arvadından sonra qızı da işdən çıxarıldı - "TikTok"da dini təhqir etmək baha başa gəldi
Eye

Xəbər verdiyimiz kimi, həyat yoldaşı Habil Eyvazovun sərxoş halda "TikTok"da canlı yayım açaraq qeyri-etik ifadələr səsləndirməsinə görə ölkə gündəminə düşən Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova vəzifəsindən azad olunub.

Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bir müddət əvvəl onların qızı Jalə Eyvazovaya Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində yüksək vəzifə verilmişdi. Bununla bağlı Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəhbəri Leysan Məmmədov müvafiq əmr imzalamışdı.

Əldə etdiyimiz məlumata görə, atasının "TikTok"da qeyri-etik ifadələr səsləndirməsinə görə Leysan Məmmədov Jalə Eyvazovanı da vəzifəsindən azad edib.

Digər bir maraqlı məqam isə odur ki, uzun illər Füzuli Rayon İcra Hakimiyyətində sürücü işləyən Habil Eyvazov işğaldan azad olunmuş ərazilərdə yük avtomobillərinin biznesi ilə məşğuldur. O, ailəsinə məxsus yük avtomobillərini şirkətlərə icarəyə verməklə gəlir əldə edir. Özü isə rəsmi olaraq Azərbaycanın aqrar-sənaye sektorunda fəaliyyət göstərən "Agro Dairy" şirkətində çalışır.

Şərhlər
  • Kecmiş idmançı

    Məqalənin başlığı ilə məzmunu arasında heç bir əlaqə yoxdu. "Dini təhqir etmək" haradadı? DEYİRSİZ tİK-TOKA baş vuraq? Baxmırıq. Belə xəbər və jurnalistika olmur.

  • Azərbaycan Dilemması

    Qəhrəman-Qalib Prezidentimizin Azadlıq Zəfərindən sonra hər vətəndaş-ailə kimi hər sahədə mehriban-nikbin münasibətlər, yüksək səmərəli işlər gözlənidi? Bu *Kişi* ağzından boş söz buraxıb? Bunun necəsə vəzifəyə alınmış Xanımına və hansısa yüksək etimad vəzifəsinə təyin olunmuş qızına nə dəxli? Ya məsul vəzifələri rüşvətə satanlar kimmiş?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar