Ru
12:11 / 05 Fevral 2026

Bakıda 11 840 manatlıq oğurluq - VİDEO

Bakıda 11 840 manatlıq oğurluq - VİDEO
Eye

Binəqədi rayonunda talama cinayəti qeydə alınıb.


Bakupost.az xəbər verir ki, rayonun 28 May qəsəbəsində fəaliyyət göstərən şirkətlərin birindən ümumi dəyəri 11840 manat olan optik naqil oğurlanıb. Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı Səməd İsmayılov müəyyən edilərək saxlanılıb. Onun törətdiyi qanunsuz əməl ərazidəki təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar