Ru
14:51 / 10 İyun 2026

70 yaşlı kişi həqiqətən eşşək dişləməsi nəticəsində ölüb?

70 yaşlı kişi həqiqətən eşşək dişləməsi nəticəsində ölüb?
Eye

İtin insanı dişləməsinin quduzluq xəstəliyi riski yarada biləcəyi demək olar ki, hamıya bəllidir. İt dişləməsi zamanı quduzluq virusu heyvanın tüpürcəyi ilə birbaşa yaraya keçə bilər. Bu mərkəzi sinir sistemini zədələyən və təcili müdaxilə edilmədikdə ölümcül olan təhlükəli infeksiyadır.

Amma Xaçmaz rayonunun Yergüc kəndində isə uzunqulağın dişləməsi insan ölümünə səbəb olub.

Həmin kəndin 70 yaşlı sakini Murad Əsfəndiyarovu ölümündən bir həftə əvvəl uzunqulaq dişləyib. Yayılan xəbərlərdə ölüm faktı da bununla əlaqələndirlir. Bəs uzunqulaq dişləməsi nəticəsində 1 həftə sonra insan ölümü həqiqətən mümkündürmü?

İnfeksionist Azər Nağıyev Bakupost.az-a bildirib ki, uzunqulağın insanı dişləməsinin ölümə səbəb olması tam inkar edilməsə də, çox az ehtimal olunan haldır:

“Bütün heyvanlardan quduzluq xəstəliyi yayıla bilər. Bu inkar edilmir. Amma hətta uzunqulağın dişləməsilə insan quduzluq xəstəliyinə tutulsa belə, bir həftəyə quduzluqdan adam ölmür. Ölümün başqa səbəbdən olma ehtimalı daha yüksəkdir. 70 yaşlı insanın başqa çoxsaylı problemləri ola bilər. Onda ürək, beyin xəstəliyi ola bilər, qəfləti qısa müddətli ölümlər də mümkündür”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar