Ru
12:45 / 12 Avqust 2026

80 yaşlı Ajda Pekkan sağlam və gözəl görünüşünün sirrini açıqladı

80 yaşlı Ajda Pekkan sağlam və gözəl görünüşünün  sirrini açıqladı
Eye

Türkiyə musiqisinin əfsanəvi sənətçisi Ajda Pekkan gənc görünüşünün Taylanddan gətirilən və 25 min dollara başa gəldiyi iddia edilən xüsusi “gənclik iksiri” ilə bağlı xəbərlərə münasibət bildirib.

"Bakupost" xəbər verir ki, 80 yaşında olmasına baxmayaraq enerjisi və görünüşü ilə diqqət çəkən Pekkan bu iddiaları təkzib edib. Sənətçi gənc görünmək üçün xüsusi və bahalı məhsullardan istifadə etmədiyini, sağlamlığına və gündəlik rejiminə diqqət etdiyini deyib.

Pekkan illərdir davam etdirdiyi səhər rutinini də ilk dəfə ətraflı şəkildə bölüşüb. Onun sözlərinə görə, erkən yatmaq və gündə 8 saat yatmaq onun gündəlik həyatının əsas hissəsidir.

Sənətçi səhərlər isə ilıq suya bir çay qaşığı bəhməz və bir qədər limon suyu əlavə edərək içdiyini bildirib. Pekkan bu qarışığı zarafatla özünün “gözəllik iksiri” adlandıraraq, bunun bahalı məhsullardan daha sadə və əlçatan olduğunu vurğulayıb.

Müğənninin sözlərinə görə, onun gənc və enerjili görünməsinin əsas səbəbləri xüsusi iksirlər deyil, nizamlı yuxu, gündəlik rejim və sağlam həyat tərzidir.(oxu24.com)

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar