2016-cı ildə Cəlilabad rayonunda itkin düşən 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın qətlə yetirilməsi məlum olub.
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, DİN-in Mətbuat xidmətinin regional qrupunun məlumatına görə, polis və Penitensiar Xidmət əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Elnur Nizami oğlu Eynullayev tərəfindən törədilməsi müəyyən edilib.
O, hadisəni Göytəpə qəsəbəsində istifadəsiz tikilidə törədib və meyiti həmin ərazidə basdırıb.
Meyitin qalıqları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Araşdırmalar davam etdirilir.