Azərbaycan–Türkiyə marşrutu üzrə geri dönərkən Gürcüstan üzərində düşən “C-130” hərbi təyyarəsindəki 20 hərbçidən son şəhidin də nəşi tapıldı.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindən açıqlama verilib.
“Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğrayan hərbi təyyarəmizin dağıntıları arasında aparılan axtarış işləri nəticəsində 20-ci şəhidimizin nəşi tapılıb”, – deyə açıqlamada bildirilir.
Şəhidlərin cənazələrinin bu gün Türkiyəyə gətirilməsi gözlənilir.
20-ci şəhidin nəşinin axtarış anının görüntüsü yayılıb.
Cavid, BakuPost