Ru
12:23 / 13 Noyabr 2025

C-130 qəzası: "Xarici kəşfiyyat hərəkətə keçib"

C-130 qəzası: "Xarici kəşfiyyat hərəkətə keçib"
Eye

Təyyarəmiz qəzaya uğrayıb, yoxsa vurulub? Bu məsələ ilə bağlı ciddi araşdırma aparılır. Təyyarənin həm qəzaya uğrama ehtimalı, həm də vurulma riski araşdırılır.

Bakupost.az xəbər verir ki, bu sözləri “Hürriyet” qəzetinin köşə yazarı Abdulqadir Selvi yazıb.
“Qafqaz çox təhlükəli regiondur. Ona görə də bütün ehtimallar araşdırılır. Bu arada müəyyən xarici kəşfiyyat orqanlarının etibarnamələri olan virtual media hesabları bulanıq sularda balıq tutmağa çalışır. Deyirlər, canavar dumanlı havanı sevir. Biz onların tələsinə düşməməliyik. Türkiyə təyyarə qəzasının səbəbini müəyyən edəcək və lazımi tədbirlər görəcək”, - Selvi bildirib.

Qeyd edək ki, 11 noyabrda Gəncədən Türkiyəyə uçan C-130 hərbi nəqliyyat təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Qəza nəticəsində 20 türk əsgər şəhid olub.

Asena, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar