ABŞ beynəlxalq sularda üzən İran gəmisini hədəfə aldığına görə peşman olacaq.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı X hesabında bildirib.
O, Birləşmiş Ştatları İranın sahillərindən 2000 mil aralıda - dənizdə cinayət törətməkdə ittiham edib:
"Hindistan donanmasının qonağı olan və təxminən 130 dənizçini daşıyan "Dena" gəmisi xəbərdarlıq olmadan beynəlxalq sularda vurulub. Sözlərimizi yadda saxlayın: ABŞ yaratdığı presedentə görə çox peşman olacaq".