Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) ixtisas təhsili müəssisələrinə indiyə qədər 17494 elektron ərizə qəbul edilib.
Bu barədə
Bakupost.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi 2 sentyabr saat 23:59-dək davam edəcək.
Elektron ərizələrin qruplar üzrə hazırki statistikası isə belədir:
Birinci qrup - Azərbaycan dili bölməsi üzrə 188, rus dili bölməsi üzrə 12, cəmi 200;
İkinci qrup – Azərbaycan bölməsi üzrə 375, rus bölməsi üzrə 32, cəmi 407;
Üçüncu qrup – Azərbaycan bölməsi üzrə 561, rus bölməsi üzrə 88, cəmi 649;
Dördüncü qrup – Azərbaycan bölməsi üzrə 42, rus bölməsi üzrə 11, cəmi 53
Beşinci qrup – Azərbaycan bölməsi üzrə 4, rus bölməsi üzrə 2, cəmi 6;
Orta ixtisas (11 illik təhsil bazasından) – Azərbaycan bölməsi üzrə 15728, rus bölməsi üzrə 747, cəmi 16475.
Qeyd edək ki, ixtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları eservices.dim.gov.az/erizebak/ixtisas2 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.