Ru
14:18 / 19 Fevral 2026

ABŞ Azərbaycan vasitəsilə Ermənistanda Rusiya təsirini azaltmaq istəyir

ABŞ Azərbaycan vasitəsilə Ermənistanda Rusiya təsirini azaltmaq istəyir
Eye

Amerika Birləşmiş Ştatlarının geopolitika eksperti Brenda Şaffer hesab edir ki, ABŞ Azərbaycanla əməkdaşlıq edərək Rusiya təsirini Ermənistanda zəiflətmək niyyətindədir.

Bakupost.az xəbər verir ki, ekspert bu fikirləri Atlantik Şurasındakı çıxışı zamanı səsləndirib.

Şaffer vurğulayıb ki, 2026 cı ilin iyununda Ermənistanda keçiriləcək seçkilər və konstitusiya dəyişiklikləri ilə bağlı referendum regionun geosiyasi mənzərəsini dəyişə bilər. Referendumun əsas mövzularından biri də rəsmi İrəvanın Dağlıq Qarabağla bağlı iddialarının aradan qaldırılması olacaq. Şafferə görə, bu məsələlər tam həll edilmədiyi müddətcə Rusiya hələ də Ermənistan üzərində güclü təsirə malik olacaq.

Onun sözlərinə görə, Rusiya Ermənistanda iki hərbi bazaya, eləcə də ölkənin hərbi sənaye infrastrukturu, hava məkanına və strateji obyektlərinə, o cümlədən Atom Elektrik Stansiyasına (AƏS) nəzarət edir.

"ABŞ bu təsiri azaltmaq üçün Azərbaycan vasitəsilə Ermənistana enerji və neft məhsullarının təminatını asanlaşdırmağı düşünür. Onun sözlərinə görə, bu cür əməkdaşlıq Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığını zəiflədə bilər.

Vaşinqton optik lifli rabitə xətlərinin çəkilməsi kimi layihələri də nəzərdən keçirir. Bu addımın məqsədi Ermənistanın internet və telekommunikasiya infrastrukturunda Rusiyanın təsirini azaltmaqdır.

Bu cür təşəbbüslər regionda ABŞ və Türkiyənin təsir dairəsini genişləndirməyə, eyni zamanda Rusiya təsirini məhdudlaşdırmağa hesablanıb", - ekspert bildirib.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar