ABŞ-da "yaşıl kart" lotereyası müvəqqəti olaraq dayandırılıb.
Bakupost.az xəbər verir ki, qərar ABŞ Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən qəbul edilib. Buna səbəb Braun Universitetində baş verən silahlı insidentdə şübhəli bilinən şəxsin ölkəyə məhz bu proqram vasitəsilə daxil olmasıdır.
ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem sosial şəbəkə X-də bildirib ki, **Donald Trump**ın göstərişi ilə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinə (USCIS) DV proqramının dərhal dayandırılması tapşırılıb. Nazir qeyd edib ki, məqsəd amerikalıların təhlükəsizliyini təmin etməkdir.
Məlumata görə, Braun Universitetindəki atışmada şübhəli bilinən Klaudio Nevis Valenti 2017-ci ildə "yaşıl kart" lotereyası vasitəsilə ABŞ-a gəlib. Hadisə 13 dekabrda Providens şəhərində baş verib. Nəticədə 2 nəfər ölüb, 9 nəfər isə yaralanıb.
Hadisədən sonra şübhəli şəxs axtarışa verilib və daha sonra saxlanılıb. Bir neçə gün sonra o, sərbəst buraxılıb. Dekabrın 19-da isə həmin şəxsin meyiti aşkar edilib.
Qeyd edək ki, Donald Tramp daha əvvəl insident zamanı universitet ərazisində təhlükəsizlik kameralarının az olmasına görə narazılıq ifadə etmişdi.