Bakının Sabunçu rayonunda avtomobil qəzası baş verib. Qəza zamanı deformasiyaya uğrayan avtomobildən sıxılı vəziyyətdə qalan bir nəfərin meyiti çıxarılıb.
Bakupost.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, aşan "Renault" markalı minik avtomobilindən çıxarılan cəsəd təcili tibbi yardım briqadasına təhvil verilib.