“Nvidia” şirkətinin Direktorlar Şurası baş icraçı direktor Jensen Huangın vəzifədən uzaqlaşdırılması məsələsini müzakirə etməyə hazırlaşır. Şirkət rəhbərinin şəxsi münasibətləri ilə bağlı yeni iddialardan sonra səhmləri birjadankənar ticarətdə təxminən 8% ucuzlaşıb.
“Bakupost” xəbər verir ki, Huangın Çin kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilən qadınla münasibətindən başqa, şirkətin səhiyyə xidmətləri üzrə vitse-prezidenti ilə də münasibəti olub. Bu məlumat şirkət əməkdaşlarının iddialarına əsaslanıb. Həmin şəxsin birbaşa Huangın tabeliyində çalışdığı bildirilir.
Məlumata görə, Direktorlar Şurası Huangın evlilikdən kənar iki münasibəti ilə bağlı xəbərlər fonunda onun vəzifədən kənarlaşdırılıb-kənarlaşdırılmamasını müzakirə etmək üçün bu gün toplanır.
Şura daha əvvəl ilk münasibətlə bağlı iddialar fonunda Huangı dəstəkləyən mövqe sərgiləmiş, şirkət sirlərinin və ya milli sabitliyin təhlükə altına düşdüyünü göstərən əsas olmadığını bildirmişdi.
Texnologiya sektorundan bir mənbə Huangın hazırkı vəziyyətini “küncə sıxışdırılıb” ifadəsi ilə xarakterizə edib.
1993-cü ildə “Nvidia”nın qurucularından olan Jensen Huang 33 ildir şirkətə rəhbərlik edir. Şirkət yeni iddialarla bağlı açıqlama verməyib.
Vüsalə Hüseynova,
BakuPost