Ru
17:32 / 24 Oktyabr 2025

ABŞ hərbçilərinin maaşını Almaniya ödəyəcək

ABŞ hərbçilərinin maaşını Almaniya ödəyəcək
Eye

Amerika Birləşmiş Ştatlarında baş verən büdcə böhranı Almaniyada xidmət göstərən ABŞ ordusuna bağlı mülki işçilərin maaşlarını da risk altına salıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin işçilərin sayı təxminən 11 min nəfərdir. ABŞ Konqresində büdcə ilə bağlı razılaşma əldə olunmadığından bu işçilərin maaşlarının ödənilməməsi riski gündəmə gəlib.

Almaniya Maliyyə Nazirliyi oktyabr ayı maaş ödənişlərinin gecikməməsi üçün müvəqqəti xərcləmə ödənişi təmin ediləcəyini və bu ödənişlərin zəmanət altına alınacağını açıqlayıb.

Nazirlik sözçüsü qeyd edib ki, bu addım yalnız maliyyə tədbiri deyil, həm də Almaniyanın ABŞ ilə hərbi tərəfdaşlığına verdiyi önəmin göstəricisidir.

Almaniya həmkarlar ittifaqları bu məsələyə etirazlarını bildirib. Həmkarlar İttifaqı rəsmisi Kristin Behle bu addımın Almaniya qanunvericiliyinə zidd olduğunu vurğulayıb.

Büdcə böhranı səbəbindən ABŞ-da 700 mindən çox federal işçinin ödənişsiz məzuniyyətə göndərildiyi və ya maaşlarının gecikdirildiyi məlumdur.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar