Ru
15:03 / 02 Mart 2026

ABŞ hücumdan bir gün əvvəl İrana ultimatum verib - Tələblər...

ABŞ hücumdan bir gün əvvəl İrana ultimatum verib - Tələblər...
Eye

İrana hücum etməzdən bir gün əvvəl ABŞ İrana son ultimatumu veribmiş.

Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, ABŞ Tehrandan uranın zənginləşdirilməsinə moratorium qoyulması tələbini qəbul etməsini istəyib.

İrana zərbələr fevralın 26-da Cenevrədə keçirilən Vaşinqton və Tehran arasında İranın nüvə dosyesi üzrə son danışıqlar raundundan dərhal sonra başlayıb.

Mənbənin məlumatına görə, səhər məsləhətləşmələri başa çatdıqdan sonra amerikalı danışıqçılar Kared Kuşner və Stiven Uitkoff yekun təkliflə geri qayıdıblar. Amerika tərəfi Tehrandan uranın zənginləşdirilməsinə 10 illik moratorium tətbiq etməsini tələb edib və bunun müqabilində mülki ehtiyaclarını ödəmək üçün pulsuz nüvə yanacağı təmin edəcəyinə söz verib.

Başqa bir mənbəyə görə, ABŞ nümayəndə heyəti "çox açıq şəkildə" İran tərəfinin təklifi qəbul etməməsi halında hərbi gücdən istifadə ediləcəyini bildirib. Nəticədə, Tehran təklifi rədd edib.

Fevralın 28-də ABŞ və İsrail Tehran da daxil olmaqla İrandakı hədəflərə zərbələr endirməyə başladı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar