Ru
23:49 / 26 Fevral 2026

ABŞ-ın İran planı: Xameinin aradan götürülməsi... - KİV

ABŞ-ın İran planı: Xameinin aradan götürülməsi... - KİV
Eye

“Amerika hakimiyyəti ölkənin başını kəsmək üçün İranın Ali Lideri Ayətullah Əli Xameneinin öldürülməsini nəzərdən keçirir”.

Bakupost.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın müşavirləri ABŞ-nin İranı bombalayacağına əmindirlər. Başqa bir mənbəyə görə, ABŞ Tehranın nüvə obyektlərinə də zərbələr endirməyi düşünür.

Qəzetin məlumatına görə, Vaşinqton administrasiyasına yaxın olanlar İsrailin İrana ilk zərbəni endirməsinin ABŞ üçün daha sərfəli olacağına inanırlar. Onların fikrincə, mümkün İsrail hücumu Vaşinqtona münaqişəyə girmək üçün bəhanə verəcək bir reaksiya doğuracaq.

“Administrasiya daxilində və ətrafında İsrailin ilk zərbəni endirməsinin siyasi cəhətdən sərfəli olacağı və iranlıların da eyni şəkildə cavab verəcəyi və bizə hərəkət etmək üçün daha çox stimul verəcəyi barədə bir fikir var”, - mənbələrdən biri qəzetə bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar