ABŞ prezidenti İranla bağlı hərbi variantı yenidən gündəmə gətirib.
Bakupost.az “The Wall Street” nəşrinə istinadən xəbər verir ki, Tramp administrasiyası İranla danışıqlarda yaranan çıxılmaz vəziyyəti aradan qaldırmaq üçün məhdud hərbi hücum variantını müzakirə edir.
Məlumata görə, Vaşinqton İranla razılıq əldə olunmasa, hərbi varianta qayıtmağı düşünür.
Əməliyyatların nə zaman keçiriləcəyi isə məlum deyil.
Xatırladaq ki, ABŞ və İran arasında Pakistanın paytaxtı İslamabadda keçirilən danışıqlar razılaşma olmadan başa çatıb.
Röya Rizvanzadə, BakuPost