ABŞ və Kuba arasında gərginlik yenidən yüksəlir. Vaşinqton 1996-cı ildə mülki təyyarələrin vurulması ilə bağlı keçmiş lider Raul Kastronu və digər rəsmiləri ittiham edib.
İndi BAŞ tərəfi idda edir ki, o dövrdə Kastro Silahlı Qüvvələrin naziri kimi bu prosesdə məsul şəxs olub. Paralel olaraq ABŞ Karib dənizinə yeni hərbi gəmilərini göndərərək bölgədə mövcudluğunu gücləndirib və Kubaya “hazırlıq” mesajı verib.
Prezident Donald Tramp Kubadakı vəziyyəti “çox pis” adlandıraraq xalqın ABŞ-dən kömək istədiyini bildirib və “Kubanı azad edəcəyik” deyə vurğulayıb. Çin isə bu addımlara etiraz edərək beynəlxalq hüquqa əsaslanmayan və BMT çərçivəsində təsdiqlənməyən birtərəfli sanksiyaların qəbuledilməz olduğunu açıqlayıb.
Bahar Babaşova, BakuPost