ABŞ və İran müvəqqəti atəşkəsi razılaşmasının müddətini uzada bilər.
Bakupost.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Tərəflər konstruktiv hərəkət etsələr, danışıqların davam etdirilməsi və tərəflərin bu müddət ərzində yaranan istənilən problemi həll edə bilməsi üçün 45-60 günlük atəşkəs gündəmə gətirilə bilər”, - xarici işlər naziri qeyd edib.
Xatırladaq ki, aprelin 7-də iki ölkə arasında qarşılıqlı razılaşmaya əsasən, ABŞ İrana qarşı hərbi əməliyyatları iki həftəlik təxirə salmışdı.