Ru
14:48 / 15 May 2026

ABŞ yeni İran hücumu: Niyə şənbə-bazar günlərini seçirlər?

ABŞ yeni İran hücumu: Niyə şənbə-bazar günlərini seçirlər?
Eye

ABŞ Prezidenti Donald Trampın Çinə səfəri İran üçün əməlli-başlı başağrısı ola bilər.

Belə ki, ABŞ mediası səfərdən sonra Trampın İrana qarşı yeni hücuma başlayacağını iddia edib.

Hətta adı açıqlanmayan İsrail rəsmisi Trampın bu qərarı həftə sonu verə biləcəyini deyib. O bildirib ki, hücum İsraillə kordinasiyalı şəkildə baş tutacaq.

İsrail mətbuatı isə yazır ki, keçən həftə ABŞ Mərkəzi Komandanlığı ilə görüşən Tel-Əviv nümayəndələri Vaşinqtona İrana qarşı hücumları bərpa etmək istəklərini çatdırıblar.

Xəbərdə bu dəfəki zərbələrin əsas hədəfinin İranın yanacaq-energetika obyektləri olacağı bildirilir.

Politoloq Qabil Hüseynli Bakupost.az-a bildirib ki, İrana qarşı yeni hücum ehtimalı realdır:

“Bu mütləq baş verəcək. Tərəflərdən heç biri güzəştə getmək istəmir. Mövcud vəziyyət uzun müddətə belə qala bilməz. Belə olan halda mövcud durum əvvəl-axır yenidən partlamalıdır. Xüsusən də İsrail prosesin davam etdirilməsini istəyir. Düşünürəm ki, Təl-Əviv Vaşinqtonu bu dəfə də öz marağına uyğun yönəldə bilib”.

Amma həmsöhbətimiz hesab edir ki, Trampın Çin səfərinin İranla müharibənin yenidən başlana biləcəyi ehtimalına o qədər də dəxli yoxdur:

“Sadəcə olaraq, Çin İrana silah verməyəcəklərilə bağlı Trampa yalandan vəd verib. Bütün hallarda Pekinin hansı mövqe tutmasından asılı olmayaraq, yeni müharibə qaçılmazdır”.

Politoloq hücumla bağlı Trampın verdiyi qərarların istirahət günlərinə düşməsini isə hücum əmri fonunda yanacağın qiymətinin kəskin yüksəlməsinin qarşısını almaq məqsədilə edildiyini deyir:

“Birjalar adətən istirahət günləri işləmir. Bu fonda Tramp adminstrasiyası sözügedən məsələ ilə bağlı qərarları həftənin 6-7-ci günləri verməkdə ən başlıca məqsədləri neft və qazın qiymətinin kəskin artmasının qarşısını almaqdan ibarətdir. Belədə, özlərinə yönəlik etirazları da ümumən neytrallaşdırmağı düşünürlər”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar