Ru
20:49 / 19 Aprel 2019

Abşeronda 3 il əvvəl törədilən qətlin üstü açılıb - RƏSMİ

2492
Polis və
prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi zəruri və təxirəsalınmaz
istintaq-əməliyyat tədbirləri nəticəsində Abşeron rayonunda törədilmiş qətlin
üstü açılıb.

 

 

BakuPost.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi
və Baş Prokurorluğunun birgə məlumatında bildirilib.

Qeyd olunub
ki,  Tamara Rəsulovanın, oğlu Əli
Rəsulovun itkin düşməsini bildirməklə tapılmasında ona köməklik göstərilməsi
ilə bağlı müraciəti əsasında aparılan araşdırma zamanı Ə.Rəsulovun qəsdən
öldürülməsinə, eləcə də ona məxsus əmlakın dələduzluq yolu ilə ələ
keçirilməsinə ehtimal etməyə kifayət qədər əsaslı şübhələr olduğundan Abşeron
rayon prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılıb.

Aparılmış
istintaqla Fuad Mustafayevin 2016-cı ilin sentyabr ayında icarəyə götürdüyü
paytaxtın Pirşağı qəsəbəsində yerləşən bağ evində Əli Rəsulovu ona məxsus
əmlakı satıb pulunu ələ keçirmək üçün tamah niyyəti ilə bıçaqla xəsarətlər
yetirib qəsdən öldürərək cinayəti gizlətmək məqsədilə meyiti hissələrə bölməklə
sellofan torbaya büküb basdırmasına, daha sonra Ə.Rəsulovun tək yaşadığı evində
olan məişət əşyalarını satmasına, eləcə də evi hüquq verən rəsmi sənədləri
saxtalaşdırmaqla dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr
müəyyənləşib.

17 aprel 2019-cu
il tarixdə Fuad Mustafayevə Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə
qəsdən adam öldürmə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla
törədildikdə), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri,
ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci
(bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs
qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilib. Cinayət işi üzrə
istintaq davam etdirilir. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər