Ru
13:13 / 26 Aprel 2024

"32 ildir çoban evində yaşayırıq" - Füzuli sakini

2793
Xəbər verdiyimiz kimi, Füzuli rayonuna daha 39 ailə -140 nəfər köçürülüb.

Bakupost.az -a danışan Füzuli rayon Qorqan kənd sakini, tarix müəllimi Köçəri Nağıyev öz doğma yurduna qayıtmaq arzusunda olduğunu bildirib:

“Hazırda Bakıda yaşayan məcburi köçkünlər Füzuli rayonuna köçürülür. Kənddən olduğum üçün hələ ki, köçürülməyimizlə bağlı rəsmi qeydiyyata alınmamışam. Amma öz doğma yurduma qayıtmaq, ömrümün son illərini orda yaşamaq arzumdur. Səhhətimdə yaranan problemlərə görə rəsmi qurumların qapısını döyə bilmirəm”.

1992-ci ildə öz doğma kəndindən didərgin düşən K.Nağıyev Cəlilabad rayon Muğan kəndinə pənah gətirib:

"Artıq 32 ildir ki, kənddə fermanın çoban evində ailə üzvlərimlə birlikdə yaşayırıq. Övladlarım burda böyüyüb, təhsil alıblar, gəlin köçüblər. Şükür Allaha ki, torpaqlarımız işğaldan azad edildi. Buna görə Ali Baş Komandana, Müzəffər Ordumuza minnətdarıq. Ümid edirəm ki, vaxt gələr biz də öz doğma kəndimizə qayıdarıq”.

Qeyd edək ki, bu günə qədər Füzuli şəhərində 783 ailənin, yəni 2979 nəfərin daimi məskunlaşması təmin edilib.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər