Ru
16:21 / 01 İyun 2026

ABŞ–İran gərginliyi yenidən alovlandı, Küveytdə hava həyəcanı

ABŞ–İran gərginliyi yenidən alovlandı, Küveytdə hava həyəcanı
Eye

ABŞ və İran arasında davam edən atəşkəs danışıqları fonunda bölgədə gərginlik yenidən yüksəlib.

Bakupost.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı həftəsonu İrandakı bir sıra hərbi hədəflərə zərbələr endirdiyini açıqlayıb.

Məlumata görə, əməliyyat İranın ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatını vurmasına cavab olaraq həyata keçirilib. Bildirilib ki, ABŞ qırıcıları İranın hava hücumundan müdafiə sistemlərini, yerüstü idarəetmə məntəqəsini və bölgədəki gəmilər üçün təhlükə yaratdığı iddia edilən iki hücum dronunu məhv edib. Buna cavab olaraq İran İnqilab Keşikçiləri Korpusu ölkənin cənubuna edilən hücumlarda istifadə olunduğu bildirilən ABŞ hərbi bazasını hədəfə aldığını açıqlayıb. Hədəfin hansı baza olduğu barədə məlumat verilməyib. Hadisədən sonra Küveytdə ABŞ hərbi obyektlərinin yerləşdiyi bölgələrdə hava hücumundan müdafiə sistemləri aktivləşdirilib. Məlumatlara görə, raket və pilotsuz uçuş aparatları zərərsizləşdirilib, ölkənin müxtəlif bölgələrində isə xəbərdarlıq siqnalları səsləndirilib.

Röya Rizvanzadə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar