Ru
11:31 / 02 Noyabr 2025

Adambaşına düşən gəlir: Azərbaycan Cənubi Qafqazda sonuncu oldu

Adambaşına düşən gəlir: Azərbaycan Cənubi Qafqazda sonuncu oldu
Eye

Adambaşına düşən milli gəlirə görə ölkələrin göstəriciləri açıqlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə politoloq Turab Rzayev paylaşım edib.

Cənubi Qafqaz ölkələrində adambaşına düşən milli gəlirə görə ən aşağı göstəricinin Azərbaycana aid olması təəccübləndirib. Belə ki, Gürcüstanda bu rəqəm 10.130 dollar, Ermənistanda 8.970, Azərbaycanda isə 7.370-dir.

Regionda ən yüksək göstəricilər Qətər (71.440), İsrail (60.010), BƏƏ (51.350), Səudiyyə Ərəbistanına (35.230) aiddir. Qardaş Türkiyədə bu rəqəm 18.200 dollar təşkil edir.

Asena,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar