Həbsdə olan keçmiş vəkil Adəm Məmmədov azadlığa çıxıb.
Bakupost.az qafqazinfo-ya istinadla xəbər verir ki, onun həbs müddəti bu gün başa çatıb.
Bu yaxınlarda vəkilliyinə xitam verilmiş A.Məmmədov bir az əvvəl 9 saylı cəzaçəkmə müəsissəsindən azadlığa çıxıb.
Qeyd edək ki, keçmiş vəkil həmkarına böhtan atmaqda təqsirli bilinərək 6 aylıq azadlıqdan məhrum edilmişdi.
Eyni cinayətlə bağlı keçmiş vəkilin qardaşı Xəyyam Məmmədov da cəzalandırılıb. Ona islah işləri cəzası verilib.