"Putini çox ciddi qəbul etməyə dəyməz, çünki onun ölkəsinin iqtisadiyyatı Texasdan böyük deyil. Biz Putini güclü bir fiqur kimi göstərməyi dayandırmalıyıq – o, sadəcə Texasın qubernatorudur, daha artıq yox. Gəlin onu bu qədər ciddi qəbul etməyək".
Bakupost.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.
Rusiya Statistika Komitəsinin məlumatına görə, ötən il Rusiya ÜDM-i 1,978 trilyon dollar təşkil edib. ABŞ İqtisadi Təhlil Bürosunun məlumatına əsasən, Texasın iqtisadiyyatı 2,709 trilyon dollara çatıb, bu da Rusiya ÜDM-indən 37% çoxdur.
Qeyd edək ki, Texas ABŞ-də iqtisadi baxımdan ikinci yerdə olan ştatdır. Birinci yerdə isə 4,103 trilyon dollarlıq ÜDM ilə Kaliforniya gəlir – bu göstərici Rusiya iqtisadiyyatından iki dəfə böyükdür.
Aysel,
BakuPost