"Çinar" MTK-dan ev almaq üçün 30 min ödədi, aldadıldı - VİDEO
422
Çoxmərtəbəli yaşayış binasından mənzil almaq üçün 30 min manat ödəyən Bakı sakini aldadıldığını iddia edir.
Bakupost.az xəbər verir ki, hadisə paytaxt sakini Elman Məmmədovun başına gəlib.
Elman Məmmədov "Çinar" MTK-dan mənzil almaq üçün 24 min manat ilkin ödəniş etdiyini, 4 ay ərazində isə ümumilikdə 6 min manat ödədiyini deyir. Ödənişləri də sənədlər əsasında etdiyini bildirir.
Daha sonra MTK sədri dəyişib və yeni sədr onun sənədlərinin saxta olduğunu bildirib.
Elman Məmmədovun sözlərinə görə, oxşar halla bağlı onun kimi bir neçə şikayətçi var.
Xəzər TV məsələ ilə bağlı "Çinar" MTK-nın sədr əvəzi Abbas Dadaşovla əlaqə saxlayıb. O bildirib ki, əvvəlki rəhbərlik xeyli adamı aldadıb.
Hüquqşünaslar isə bildirirlər ki, pul ödəyib bünövrədən ev alan şəxs bu cür halla qarşılaşdıqda məhkəməyə müraciət etməli, məsələyə orada hüquqi qiymət verilməlidir.
Ətraflı video materialda:
Şərhlər
B.Kolxozdar
Kremlin bir neçə Şəxsinin özəl *qəribə* buraxdığı SSRİ xalqlarının 70 ilə, müharibədən sonrakı birliyin yarım əsrə əzmlə yaratdığı mülki-varlığı sonrakı Dövlətlər, öncə yüzlərlə, min, bir neçə min, hətta on minlərlə nəfər kollektivlərə etibar edirdisə, daha cəmərəli-sərfəli özəl dövrdə nədənsə, elə böyük kollektivləri cəmmi bir neçə yüz manat NİZAM fondu olan Şəxslər daha çox inanırlar? Ölkə üzrə İşə götürənlərin ödənişləri, belə Mənzil İnşaat və d. müəssisələrin sifarişçilərin təminatına vətəndaş münasibətlərini Həmkarlar Konfederasiyasının şöbələri bütün ölkə vətəndaşlarından dekabrın 20nə qədər toplayıb, təhlil faktlarını yanvar ayına Nazirlər Kabineti, Prezident Administrasiyası və Banklara təqdim etsinlər ki, KİMİN necə çalışdığı aydınlaşsın?