Ru
23:11 / 24 Sentyabr 2025

Adnan Əhmədzadənin XƏYANƏTİ: O, Bakıya qarşı necə STRATEJİ SİLAH kimi istifadə olunub? - VİDEO

Adnan Əhmədzadənin XƏYANƏTİ: O, Bakıya qarşı necə STRATEJİ SİLAH kimi istifadə olunub? - VİDEO
Eye

Avropanın Rusiya neftindən asılılığını azaltmaq və cənub qaz dəhlizi vasitəsilə ölkəmizlə əməkdaşlığı gücləndirmək siyasəti fonunda Azərbaycan neftinə qarşı aparılan qara PR kampaniyasının altında yalnız təxribat yox, həm də xəyanətin yarandığına dair əsaslı şübhələr yaranır.


Bakupost.az xəbər verir ki, bu barədə AzTV-nin efirində yayımlanan sujetdə bəhs olunur.


Sujetdə bildirilir ki, 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması ilə əlaqədar Qərbin tətbiq etdiyi sanksiyalar Adnan Əhmədzadə və onun kimi işbazlar üçün əlavə imkanlar yaradıb:


"Bunun nəticəsində ofşor zonalarda geniş şirkətlər şəbəkəsi yaradan menecer saxta sertifikatlarla Rusiya neftini Avropa bazarlarına satmağa başlayıb. Bu, məsələnin cinayət tərkibli tərəfidir. Ən böyük cinayət isə Adnan Əhmədzadənin xəyanətidir. Söhbət Azərbaycan neftinin xloridlə çirkləndirilməsindən gedir. Bu əməli ilə yanaşı xüsusilə küllü miqdarda mənimsəmə ilə ittiham olunan bu şəxsin Azərbaycan iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətdiyi açıq-aşkardır. Görünür, Moskva ilə sıx təmaslar və qazanılan milyardlar Adnan Əhmədzadənin Azərbaycana qarşı təxribatçı pion kimi istifadə olunması ilə nəticələnib", - video-materialda deyilir.

Asena,

BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar