Sentyabrın 25-də Rusiya Prezidenti Vladimir Putin Rusiyanın nüvə sənayesinin 80 illiyinə həsr olunmuş Qlobal Atom Forumunda çıxış edəcək.
Bakupost.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, forumda Rusiya lideri ilə yanaşı, Belarus Prezidenti Aleksandr Lukaşenko, Myanma prezidenti vəzifəsini icra edən Min Aunq Hlainq, Ermənistanın Baş naziri Nikol Paşinyan, Efiopiya Federativ Demokratik Respublikasının Bbaş naziri Əhməd, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Qrossi, həmçinin bir sıra İran, Özbəkistan, Misir, Niger və xüsusi təyinatlı təşkilatların nümayəndələri iştirak edəcəklər.
Forumdan sonra Putin bir sıra xarici nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirəcək.