Ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Bakupost.az-ın məlumatına görə, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC bu barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, hazırda qatarlar qrafik üzrə hərəkət edir, əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir:
“Sərnişinlərimizi platformalarda hərəkət edərkən və dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa çağırırıq. Təhlükəsizliyimiz üçün həmrəy olaq”.