Ağır xəstəliklə mübarizə aparan Xalq artisti Zaur Rzayev uzun fasilədən sonra ARB-nin “Günə uğurla” proqramına qatılıb.
Bakupost.az xəbər verir ki, Xalq artisti proqramda səhhətində yaranan problemlərdən danışıb, müalicəsini nəzarətə götürdüyü üçün Birinci-vitse prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.
Xatırladaq ki, bu ilin yayında Heydər Əliyev Fondu Xalq artisti Zaur Rzayevin müalicə xərclərini üzərinə götürüb. Bu haqda deputat, ürək-damar cərrahı Rəşad Mahmudov sosial şəbəkə hesabında bildirib.