Ru
16:50 / 02 İyul 2026

Aİ-Azərbaycan münasibətlərində yeni mərhələ: Bölgə üçün yeni qapılar açılır

Aİ-Azərbaycan münasibətlərində yeni mərhələ: Bölgə üçün yeni qapılar açılır
Eye

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyeyenin Bakıya səfəri, Prezident İlham Əliyevlə görüşü və əldə edilən razılaşmalar qurumun ölkəmizə artan marağının tərkib hissəsidir. Bu səfər göstərdi ki, Avropa İttifaqı artıq Azərbaycana sadəcə enerji ixracatçısı kimi baxmır. Eyni zamanda, ölkəmizi Avropa ilə Mərkəzi Asiya arasında uzunmüddətli strategiyanın həyata keçirilməsində əsas tərəfdaş kimi görməyə başlayıb.

Səfər nəticəsində bəlli oldu ki, Aİ Azərbaycanla uzunmüddətli strateji mülahizələrə əsaslanan yeni münasibətlər modeli istiqamətində irəliləyiş nümayiş etdirir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu "Bakupost"a bildirib ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyeyenin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşlərində müzakirə olunan məsələlər Aİ-Azərbaycan münasibətlərini tamamilə yeni bir mərhələyə qaldırır:

“Bənzər ifadə ni Fon der Lyeyen də bildirdi. Məsələnin mahiyyəti göründüyündən daha böyükdür. Çünki nəticə etibarı ilə söhbət Cənubi Qafqazın Avropaya inteqrasiya edilməsindən gedir. Burada paralel olaraq Cənubi Qafqaz iqtisadiyyatı və kommunikasiyasının, enerji mənbələrinin, habelə Azərbaycan üzərindən bağlantılar vasitəsilə Orta Asiyanın da Avropa ilə əlaqələndirilməsindən söhbət gedir. Yəni Aİ-Orta Asiya-Cənubi Qafqaz münasibətlərində tamamilə fərqli bir tarixi mərhələ başlayır”.

Həmsöhbətimiz qeyd edir ki, bu dəfəki görüşdə həm Aİ-Azərbaycan münasibətləri ikitərəfli qaydada ələ alındı, münasibətlərin perspektivi müzakirə olundu, artıq konkretləşmiş layihələrin icrasına başlamaqla bağlı qərarlar qəbul edildi:

“İkinci bir tərəfdən, Azərbaycan Prezidenti bağlantı layihələri kimi bir termin işlətdi. Əslində bu layihələr mühüm bağlantılardır. Burada inzibati sərhədlərimizdən kənar olan coğrafiyanın adı çəkilməsə də, bilirik ki, bağlantı anlayışının altındakı məzmun ilk növbədə məhz Zəngəzur dəhlizi bağlantısıdır. İkincisi isə Transxəzər, yəni Türkmənistan-Azərbaycan arasındakı mümkün bağlantıdır. Digəri isə Naxçıvan üzərindən yenidən Ermənistana bağlantı məsələsidir. Türkiyə ilə Ermənistan arasında olan bağlantını da yada salmaqla, sayı artırmaq olar. Bütün bunlar Cənubi Qafqazın Avropaya inteqrasiyası yolunda atılan mühüm addımlardır”.

Deputatın sözlərinə görə, bu bağlantılar olmasa, qlobal qapılar açılmasa, prosesi həyata keçirmək də mümkün deyil:

“Təkcə bağlantılar kontenstində məsələyə yanaşsaq, onun öz-özlüyündə mühüm tarixi hadisə olduğunu görəcəyik.
Burada Avropanın maliyyə resursları və siyasi mexanizmləri vasitəsilə iştirakçılığı da mühüm məsələdir. AK rəhbəri qeyd etdi ki, ilk növbədə 200 milyon avro qrant ayrılacaq. Daha sonra bağlantılar üçün ayrılacaq məbləğ 2 milyard avroya qədər artırıla bilər. Bunun qrant, yoxsa güzəştli kredit şəklində olacağı hələ bilinmir. Amma bütün hallarda Avropa maliyyəsi bu proseslərdə iştirak edəcək. Bu isə layihənin etibarlılığı, qısa müddətdə icra olunması və onun təhlükəsizliyilə bağlı atılan addım deməkdir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar