Ru
20:41 / 05 Mart 2026

Aİ-dən İranın Naxçıvana hücumuna - REAKSİYA

Aİ-dən İranın Naxçıvana hücumuna - REAKSİYA
Eye

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas İranın pilotsuz uçuş aparatları (PUA) ilə Naxçıvana hücumları fonunda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb.

Bakupost.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.

O, Aİ-nin Azərbaycan hökuməti və xalqı ilə tam həmrəy olduğunu vurğulayıb.

"İran PUA-larının Azərbaycanın Naxçıvan bölgəsinə endirdiyi zərbələr tamamilə qəbuledilməzdir. Bu hücumlar İran tərəfindən növbəti eskalasiya addımıdır və müharibənin Yaxın Şərqdən kənara yayılması ehtimalını artırır", - deyə Kallas bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar