Ru
21:47 / 05 Mart 2026

İran Naxçıvana zərbə endirdi, sirlər açıldı…

İran Naxçıvana zərbə endirdi, sirlər açıldı…
Eye

Xəbər verdiyimiz kimi, bu gün İrana məxsus 4 ədəd PUA Azərbaycanın Naxçıvan şəhərindəki Beynəlxalq Hava Limanına və yaxınlıqdakı orta məktəbə hücum edib. Nəticədə hava limanının terminalı və uçuş-enmə zolağı zədələnib, məktəbdə ciddi dağıntılar baş verib, eyni zamanda 4 nəfər xəsarət alıb.

Bakupost.az xəbər verir ki, İranın hücumunun ardınca Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək, rəsmi Tehranın bu əməlinin nankorluq olduğunu vurğuladı və ictimaiyyətə bəlli olmayan mətləblərdən birini açıqladı.

Bəlli oldu ki, İranın xarici işlər nazirinin müavini bu gün Bakıya zəng edib, xahiş edib ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Azərbaycan Prezidentinə bu barədə məruzə edilən kimi göstəriş verib və İran diplomatları üçün təyyarə göndərilməsini tapşırıb.

Təxliyə üçün lazım olan xərclər, o cümlədən çarter reysinin haqqının ödənilməsi təklifini isə Prezident İlham Əliyev qəbul etməyib.

“Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik?” - Prezident bildirdi.

Beləliklə, Azərbaycan dövləti artıq bu xərcləri çəkməyəcək.

Həmçinin Prezident İlham Əliyev İranın Azərbaycandakı səfirliyini ziyarət edərək, dini lider Əli Xameneinin ölümü ilə bağlı şəxsən başsağlığı verməsinin ardından rəsmi Bakının İran xalqı üçün humanitar yardım da hazırladığı vurğulanır. Qeyd edilir ki, ABŞ və İsrailin zərbələri nəticəsində ziyan çəkən mülki əhaliyə xüsusilə qida və elektrik enerjisi məsələsində dəstək məqsədilə istənilən xahişə dərhal müsbət cavab vermək haqda Azərbaycan dövlətinin qərarı olub.

Artıq humanitar yardımların da göndərilməsi sual altına düşdü.

Bu gün Nazirlər Kabinetinin qərarı ilə İran-Azərbaycan sərhədindən bütün yüklərin daşınmasına qadağa qoyuldu. “Bütün yüklər” deyəndə, buraya həm Azərbaycana idxal olunan, həm Azərbaycandan tranzit daşınan, həmçinin Azərbaycan vasitəsilə İrana gedən yüklər nəzərdə tutulur.

Tranzit yüklər haqda məlumat yetərli olmasa da, Azərbaycanla İran arasında ticarət əlaqələri haqda ötənilki statistikaya istinad edə bilərik.

Azərbaycanla İran arasında ticarət dövriyyəsi 2025-ci ildə 644 milyon dollar olub. Bu dövriyyənin 624 milyonu İrandan idxaldır, cəmi 20 milyonu ixracdır. Başqa sözlə, İran bizdən cəmi 20 milyon dollarlıq məhsul alır, əvəzində 624 milyonluq mal satır. Yəni İranla ticarət əlaqələrində qazanan ölkə İrandır, hər gün orta hesabla 2 milyon dollarlıq Azərbaycana mal satır.

Sərhədlər bağlandı, yüklərin daşınması dayandı və İran bu qazancını itirdi.

Tranzitlə başqa ölkələrə göndərilən yüklər də dayandı, o cümlədən İranın zəruri məhsullar gətirilməsi artıq Azərbaycan üzərindən mümkün olmayacaq. Demək, burada da İran ciddi ticari itkilərlə üzləşdi.

Azərbaycandan İrana valyuta axını dayanırsa, bundan itirən Bakı olmayacaq.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar